Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 11 mart tarixində APA məlumat verib.
76 yaşlı Zinyət Ağalarova Təbriz küçəsində yolu keçərkən onu avtomobil vurub. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi açılıb.