Bakıda yaşlı qadın meyiti aşkarlanıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 1 mart tarixində xəbər verir.
Paytaxtın Nizami rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat daxil olub.
Hadisə yerinə gələn FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açaraq orada 84 yaşlı Barisova Raisa Petrovnanın meyitini aşkarlayıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.