Bakının Nizami rayonunda ahıl piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
89 yaşlı Famil Abdullayev yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub, yaralı kişi xəstəxanaya aparılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.