Bakının İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3b sinif şagirdi Ağasəlim Nadirli ölüb. Bu haqda bu gün, 2 fevral tarixində məktəbin Facebook səhifəsində məlumat yayılıb.
Redaksiyaya daxil olan məlumata görə, 9 yaşlı uşaq iki gün əvvəl özəl klinikaların birində burun-boğaz əməliyyatı keçirib və evə buraxılıb. Lakin bundan sonra məktəbli Xətai rayonunda yaşadığı evdə dünyasını dəyişib.
Uşağın ölümü ilə bağlı araşdırma aparılır.