Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində intihar hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 25 aprel tarixində Lent.az məlumat verib.
92 yaşlı Mürvət Rzayev özünü yaşadığı evin həyətindəki su quyusuna atıb. İlkin məlumata görə, o, xəstəlikdən əziyyət çəkib və dəfələrlə özünü quyuya atıb öldürəcəyini deyib.
Faktla bağlı araşdırma aparılır.