Bakıda yük qatarı adam vurub. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Abşeron-Puta xəttinin 32-ci km-də hərəkətdə olan zaman Lökbatan qəsəbə sakini, 52 yaşlı Zaur Cavadov qəflətən qatar yoluna çıxıb. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.