Ötən gün Bakıda 280 nəfərlik toy məclisinin keçirilməsinə şərait yaradan şadlıq sarayının rəhbərliyi həbs olunub. Bu haqda Azərtac xəbər verib.
Toy məclisi paytaxtın Nizami rayonundakı “Oskar” şadlıq evində təşkil olunub.
Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində direktor Rafael Məmmədov və orada işləyən xidməti personal saxlanılıblar.
Rafael Məmmədov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.
[URIS id=15366]