Paytaxtın Yasamal rayonunda yerləşən 20 saylı məktəbdəki zəhərlənmə araşdırılıb. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Aparılan araşdırma zamanı məlum olub ki, müəssisəyə qida məhsulları gətirildikdən sonra temperatur və nəmliyə nəzarət olunmayıb. 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) yeyib.
Qida qəbulundan sonra şagirdlərin səhhətində qarın nahiyəsində ağrılar, ürəkbulanma, başağrısı, başgicəllənmə müşahidə edilib.
Hazırda yeməkləri satan şirkətdə plandankənar yoxlamalar aparılır.