Bakının Nizami rayonu ərazisində baş verən qəza nəticəsində 76 yaşlı kişi xəsarət alıb. Bu haqda bu gün, 8 dekabr tarixində Report məlumat verib.
Avtomobil yolu keçən 76 yaşlı İman Əliyevi vurub. Yaralı xəstəxanaya aparılıb. Müayinə zamanı ona sol ayağın baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.