Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 11 noyabr tarixində xəbər verir.
Həzi Aslanov küçəsi, məhəllə 2944 ünvanında 42 yaşlı Mehman Mirzəyev alış-veriş etmək məqsədilə evdən çıxıb. O, evə bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə geri dönüb.
M.Mirzəyevin həyat yoldaşı onu dərhal xəstəxanaya çatdırıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.