Bakıda ana övladı üçün həbsxanaya narkotik keçirmək istəyib. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Bakı istintaq təcridxanasında həbsdə olan məhkumun anası onun üçün sovqat gətirib. Həmin sovqata baxış zamanı orada olan gödəkçəyə gizlədilmiş 0,323 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırmaya başlanılıb.