Paytaxtın həbsxanalarına narkotik keçirilməsinin qarşısı alınıb. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Mingəçevir şəhər sakini Tacəddin Süleymanov paytaxtın Sabunçu rayonunda yerləşən Bakı İstintaq təcridxanasına məhkum olan qardaşı Dəyanət Süleymanovla görüşə gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman oradakı gödəkçənin içəri cibində gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilib.
Xətai rayonunda yerləşən 7 saylı təcridxanada cəza çəkən Kamran Mirzəzadənin anası, Abşeron rayon sakini Sevinc Müsayeva görüşə gələn zaman isə onun üzərində 0,042 qram metamfetamin aşkar edilib.
Hər 2 faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_96472" align="alignnone" width="640"]
Foto Penitensiar Xidmətinin rəsmi saytı[/caption]