Bakıda gənc qız şəkilləri ilə şantaj olunur. Bu haqda bu gün, 28 mart tarixində Lent.az məlumat verib.
Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini P.T. polisə müraciət edərək naməlum şəxsin onu şəkilləri ilə şantaj edərək pul tələb etdiyini bildirib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanılıb.