Bakıda avtobus sürücüsünün döyülməsi faktı ilə bağlı təfərrüatlar məlum olub. Bu haqda BakuPlus.az Xəzər Xəbərə istinadən məlumat verir.
Nizami rayonu, Qara Qarayev prospektində baş vermiş hadisə avtobusdakı təhlükəsizlik kamerasına düşüb.
Hadisə 113 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun son dayanacağında baş verib. Sürücü Mehran Gülməmmədovun sözlərinə görə, onu döyən şəxs sərnişin yox, yoldan keçən piyada olub.
Xəstəxanaya aparılan sürücü burnundan əməliyyat olunub, hazırda onun ev şəraitində müalicəsi davam edir. Sərnişin avtobusunun aid olduğu daşıyıcı şirkətdən isə bildirilib ki, fakt hazırda polis tərəfindən araşdırılır.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.