Bakıda avtomobil motosikletçini vurub. Hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Bu haqda 26 noyabr tarixində Report xəbər verib.
Neftçilər prospektində avtomobil motosikletçi, 22 yaşlı Kənan Qasımovu vurub. Avtomobilin sürücüsü hadisə yerindən yayınıb.
Təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan yaralıya bədənin müştərək travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatları araşdırılır.