Bakıda azyaşlı uşaq yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb. Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Bu haqda 14 dekabr tarixində Report xəbər verib.
Rayon ərazisində avtomobil yolu keçən 5 yaşlı U.Axundovu vurub.
Təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılan yaralı azyaşlıya sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.