Paytaxtın Xətai rayonu, Şıxlinski küçəsində qarajdan oğurluq edilib. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri, əvvəllər eyni əmələ görə məhkum olunmuş Kamran Vahabov və Elnur Əsgərov adıçəkilən küçədə yerləşən qarajdan 6000 AZN oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.