Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində avtomobil oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 13 dekabr tarixində Report Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
B.Mehdiyevə məxsus “Azsamand” markalı nəqliyyat vasitəsini qaçıran M.Əlizadə və Ş.Babayev Hacıqabul rayonu ərazisində yerləşən postda saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.