Martın 7-nə keçən gecə Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobil qaçırılıb. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata əsasən, İsmayıllı rayon sakini C.İsmayılzadəyə məxsus “Mercedes” markalı avtomobil naməlum şəxs tərəfindən oğurlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş S.Fərəczadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.