Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə BakuPlus.az Oxu.az-a istinadən bu gün, 25 mart tarixində xəbər verib.
Mirzağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində “Mercedes-Benz” markalı avtomobillər toqquşub.
Məlumata görə, toqquşan maşınlardan biri yaxınlıqdakı ticarət mərkəzinin vitrinini dağıdıb. Yol kənarındakı dəmir məhəccərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
[caption id="attachment_95033" align="alignnone" width="640"]
Foto Oxu.az saytı[/caption]