Xəzər rayonunda yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 22 noyabr tarixində xəbər verir.
Şüvəlan qəsəbəsində 12 yaşlı Əzizov Fərid Eyvaz oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.