Bakıda “Range Rover”-dən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 19 iyul tarixində Report məlumat verib.
Yasamal rayonunda “Range Rover” markalı bir avtomobildən içərisində 920 manat olan çanta oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Kərimli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.