Bakının Səbail rayonu, Badamdar qəsəbəsində avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Səbail RPİ 41-ci polis bölməsinə “Opel” markalı avtomobildən 8900 manat, sənədlər, bank kartı, gödəkçə və ərzaq məhsullarının oğurlanması barədə ərizə daxil olub.
Polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri, əvvəllər analoji əmələ görə məhkum olunmuşlar - H.Rzayev və E.Səfərovu saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.