Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini A.Cəbrayılzadə “Tofaş” markalı avtomobildən maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinir. Araşdırmalar davam edir.
Daha öncə bu gün, 10 fevral tarixində, 7 avtomobildən oğurluq edən bir nəfərin saxlanılması barədə məlumat yayılmışdır.