Bakıda avtomobildən külli miqdarda pul oğurlayan şəxslər barəsində məhkəmə qərar verib. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Qərara əsasən, Huseyn Hümbətov 5 il 6 ay, Fərid Ağayev isə 4 il azadlıqdan məhrum edilib.
Onlar paytaxtın Yasamal rayonu, M.Xiyabani küçəsində dayanan “Mercedes” markalı avtomobildən 17.250 AZN oğurlamışdılar.