Bakının Xəzər rayonunda avtomobilin alışması faktı qeydə alınıb. Bu haqda 4 avqust tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Xəzər rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Alışma FHN-in əməkdaşları tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər və avtomobillər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.