Bakının Nəsimi rayonunda “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 4 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, hadisə fevralın 3-də baş verib. Keçirilən tədbirlər nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Hüseynov Qaradağ rayonu ərazisində həmin avtomobillə saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.