Bakıda piyada yol qəzasında xəsarət alıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 2 aprel tarixində xəbər verir.
Paytaxtın Nizami rayonu, Mehdi Abbasov küçəsində yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 59 yaşlı Azər Aslanovu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sol dizin sınığı diaqnozu qoyulub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Bundan əlavə, Xəzər rayonunda da oxşar yol qəzası baş verib. Bilgəh qəsəbəsində 25 yaşlı Rauf Cəlilov yolu keçmək istəyərkən onu avtomobil vurub.