Paytaxtın Xətai rayonunda avtoqəza zamanı bir nəfər ağır xəsarət alıb. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayonda hərəkətdə olan 2 avtomobil toqquşub. Nəticədə onlardan birinin sürücüsü, 33 yaşlı Elçin Bağırovun hər 2 qolu sınıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.