Paytaxtın Nizami rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün 26 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 150 kv.m olan çay evinin mətbəxində 1 ədəd aspirator və 3 kv.m sahədə tavanı yanıb.
Müəssisənin digər hissələrinə ziyan dəyməyib.