Bakıda ana tualetdə uşaq doğub və daha sonra onu zibilliyə atıb. Bu haqda 31 may tarixində Oxu.az məlumat verib.
Nərimanov rayonu ərazisində 38 həftəlik hamilə olan qadın binalardan birinin ayaqyolusunda təbii doğuşla qız övladı dünyaya gətirib. Amma doğuşdan sonra həmin uşağı ayaqyolunun zibil qutusuna atıb.
Araşdırmadan sonra qadın saxlanılıb və Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.