Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində 2 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb. Bu haqda bu gün, 1 iyul tarixində Report məlumat verib.
Tamerlan Əliyev ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yerə yıxılıb. Uşaq bud sümüyünün yerdəyişən sınığı ilə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.