Bakıda düşən davada bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda Oxu.az 14 mart tarixində xəbər verib.
Nərimanov rayonu, M.Nərimanov küçəsində 23 yaşlı Sadıyev Sənan Səid oğlu və qardaşı, 25 yaşlı Təhməzlə paytaxt sakinləri Canayev İsmayıl Vahid oğlu və 25 yaşlı Soltanov Əli Azər oğlu arasında dava düşüb.
Bu zaman Sənan Sadıyev üzərindəki bıçaqla İsmayıl Canayev və Əli Soltanovu bıçaqlayıb.
Xəsarət alanların hər ikisi 5 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.