Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində iki bacı itkin düşüb. Bu haqda bu gün, 14 fevral tarixində Lent.az məlumat verib.
Qəsəbə sakinləri - 18 yaşlı Fənarə və bacısı, 15 yaşlı Həcəm Səfərəliyevalar kirayə yaşadıqları evdən gedib və bir daha geri qayıtmayıblar.
Bununla bağlı onların yaxınları polisə müraciət ediblər. Hazırda onların tapılması istiqamətində axtarış tədbirləri aparılır.