Paytaxtın Nizami rayonunda bir nəfər quyuya düşüb. Bu haqda bu gün, 10 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə qazıntı işləri aparılan ərazidə baş verib. Çuxurun dərinliyi təqribən 5 metr olub.
Ünvana cəlb olunan FHN-nin əməkdaşları vətəndaşı quyudan çıxarıblar. O, xəstəxanaya yerləşdirilib.