Paytaxtın Suraxanı rayonunda son 1 ay ərzində 75 cinayətkar tutulub. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən xəbər verir.
Saxlanılan şəxslərin 61-i narkotik alveri ilə məşğul olurdular. Onlardan ümumilikdə 12 kiloqram narkotik maddə müsadirə edilib.
6 nəfər ümumilikdə 40-a yaxın ev və obyektdən oğurluq etdiyi üçün, 8 nəfər isə soyğunçuluq üstündə saxlanılıb. Soyğunçuların birində odlu silah da aşkar olunub.
Faktlarla bağlı araşdırmalar davam edir.