Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda 12 noyabr tarixində APA xəbər verib.
Babək prospektində 36 yaşlı Adil Əhmədov borca görə tanışı tərəfindən bıçaqlanıb. Məlum olub ki, Əhmədov tanışı ilə görüşüb və ondan verdiyi borcu tələb edib. Lakin onların arasında mübahisə düşüb və dava ilə sonlanıb. Dava zamanı tanışı ona döş qəfəsi və ayağına üç bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma davam edir.