Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 21 aprel tarixində BAKU.WS məlumat verib.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində "Hyundai Santa Fe" markalı avtomobil "Toyota Prius"-u vuraraq qəza törədib. Hadisə yerinə Dövlət Yol Polisi cəlb olunub. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.