Bakı metrosunda cibgirlik edən şəxs tutulub. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Əli İsayev ayrı-ayrı vaxtlarda qatarda 2 sərnişinin mobil telefonunu talamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.