Paytaxtın Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az xəbər verir.
Əfqanıstan vətəndaşı olan 27 yaşlı Z.Qulami adıçəkilən ərazidə üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun əməlinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Faktla bağlı araşdırma aparılır.