Bakıda 2 yaşlı uşaq ağır xəsarətlər alıb. Bu haqda bu gün, 7 aprel tarixində Unikal.az məlumat verib.
2021-ci il təvəllüdlü Ümid Qarayevin əli ətçəkən maşında qalıb. Uşaq sağ əlin natamam amputasiyası və əzilmiş-cırılmış yaraları diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Oğlanın əməliyyat olunacağı bildirilir.