Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən dəmiryolu keçidində qumbara aşkarlanıb. Bu haqda bu gün, 12 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Əraziyə giriş məhdudlaşdırılıb, hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. “F-1” qumbarası sahədən götürülüb və ətraf əraziyə baxış keçirilib.
Hər hansı təhlükəli əşya aşkarlanmayıb.
[caption id="attachment_29323" align="alignnone" width="800"]
Foto FHN-in rəsmi saytı[/caption]