Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində nəzarətsiz ərazidə batan şəxsin meyiti sudan çıxarılıb. Bu haqda 22 avqust tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
"Buzovna" sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralıda batan 1 nəfərin axtarışları başa çatıb. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Həmçinin 21 avqust tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində daha 1 meyit tapılıb. Meyit "Lökbatan" sularda xilasetmə məntəqəsindən təqribən 500 m aralı, nəzarətsiz ərazidə tapılıb.