Bakının Nərimanov rayonunda hərbi sursat aşkar olunub. Bu haqda bu gün, 19 mart tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Ərazidə olan mülki vətəndaşlar təxliyə edilib.
Baxış zamanı döyüş tətbiqinə yararlı 1 ədəd 30 mm-lik mərmi aşkar edilib. Tapılan silah-sursat ərazidən kənarlaşdırılıb.
Əməliyyat zamanı həmin sahədə başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
[URIS id=37765]