Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlarına təcavüz edən ataya hökm oxunub. Bu haqda Trend xəbər verib.
Məhkəmədə 56 yaşlı Sahib Şıxıyevə 16 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 2 maddələri ilə ittiham irəli sürülüb:
- 150.3.3- Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə
- 150.2.3- Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə
Qeyd edək ki, hadisə 23 sentyabr tarixində Bakıda baş verib. Sahib Şıxıyev əvvəlcə 14 yaşlı qızına qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra isə digər qızını zorlayıb. Hər iki azyaşlı zərərçəkmişin hüquqi nümayəndəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında araşdırma başlanıb və fakt təsdiqini tapıb.