Xətai rayonunda evə oğurluğa girən şəxs tutulub. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 26 oktyabr tarixində xəbər verir.
Xətai rayonunda oktyabrın 24-də saat 23:00 radələrində İ.Abbasov küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəliblər və oradan oğurluğa cəhd göstərən paytaxt sakini E.Hüseynzadəni saxlayıblar.
O, araşdırma aparılması üçün Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil verilib.