Bakının Suraxanı rayonunda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 1 mart tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Belə ki, dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 28 kv.m olan mənzildə 5 kv.m sahədə ev əşyaları yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər 55 yaşlı Mahir Dadaşovun meyitini aşkar ediblər. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Yanğın söndürülüb, mənzilin qalan hissəsi və bitişik mənzillər alovdan mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.