Xəzər rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb. Bu haqda 6 iyul tarixində Report məlumat verib.
Qala qəsəbəsi ərazisində iyulun 5-də Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi işləyən Elfaq Rəhimov bədbəxt hadisə nəticəsində ölüb. Belə ki, 37 yaşlı Rəhimov dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda CM-nin “Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.