Bakıda yük avtomobilində yanğın baş verib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 19 mart tarixində xəbər verir.
Paytaxtın Nərimanov rayonunda "Ford" markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.