Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda 15 aprel tarixində Report məlumat verib.
Suraxanı rayonu, Hövsan qəsəbəsində 16 yaşlı Hüseyn Mustafayev tanışı tərəfindən bıçaq xəsarətləri alıb. Yaralı ürək, qarın boşluğundan və sağ baldır nahiyəsindən 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb. Yaralı əməliyyat olunub, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.